• Siyasət • Dünya

Gürcüstanın Azərbaycandakı keçmiş səfiri Ukraynaya səfir təyin olunub

36
11-09-2019, 10:41

Gürcüstanın Azərbaycandakı keçmiş səfiri Teymuraz Şaraşenidze Ukraynaya səfir təyin olunub.

BAKU.NEWS “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, T.Şaraşenidze 1996-cı ildən etibarən Gürcüstanın diplomatik orqanlarında fəaliyyət göstərir. 2011-218-ci illərdə o, Gürcüstanın Azərbaycandakı, 2004-2008-ci illərdə isə Bolqarıstandakı səfiri olub. Diplomat uzun illər Türkiyə və Bolqarıstanda Gürcüstanın baş konsulu vəzifəsini tutub.

Ukrayna ilə yanaşı, Gürcüstan Küveyt və Vatikana da yeni səfir təyin edib.

FACEBOOK ŞƏRH YAZ