• İqtisadiyyat • Dünya • Maliyyə

OPEC Azərbaycana dair proqnozunu azaldıb

42
11-09-2019, 16:56

Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) bu ilin IV rübündə Azərbaycanda gündəlik neft hasilatının həcminə dair proqnozunu 20 min barel azaldaraq 790 min barelə endirib.

BAKU.NEWS-un bu barədə OPEC-in bu ay açıqladığı hesabata istinadən xəbər verir.

Sənəddə deyilir ki, iyulda Azərbaycanda gündəlik neft hasilatının həcmi 10 min barel artırılaraq 800 min barelə çatdırılıb.

Xatırladaq ki, 10 dekabr 2016-cı ildə Vyanada (Avstriya) imzalanmış sazişə görə Azərbaycan gündəlik hasilatı 35 min barel azaltmaq barədə öhdəlik götürmüşdü.

Ötən il dekabrın 7-də OPEC+ formatında keçirilən nazirlərin V müşavirəsində gündəlik neft hasilatının həcminin 2018-ci ilin oktyabr ayına nisbətən 1,2 milyon barel azaldılması barədə razılıq əldə edilib. Bu il iyulun 1-dən bu razılığın müddəti gələn ilin I rübünün sonuna qədər uzadılıb.

FACEBOOK ŞƏRH YAZ