• İdman

"Avro 2020": Azərbaycan millisi ilk xalını qazanıb (FOTOREPORTAJ)

182
10-09-2019, 09:30

Futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi növbəti oyununu keçirib.

BAKU.NEWS xəbər verir ki, millimiz “Bakcell Arena"da Xorvatiya yığmasını qəbul edib.

İsveçrədən olan hakimlər briqadasının idarə etdiyi oyunun 11-ci dəqiqəsində yığmamızın qapısına təyin olunmuş 11 metrlik cərimə zərbəsini Luka Modriç dəqiq yerinə yetirib. Matçın birinci hissəsi Xorvatiya yığmasının minimal üstünlüyü ilə yekunlaşıb-1:0.

İkinci hissəyə Azərbaycan millisi daha fəal başlayıb. Oyunun 72-ci dəqiqəsində millimizin üzvü Təmkin Xəlilzadə baxımlı qola imza ataraq hesaba tarazlıq gətirib. Komandaların səylərinə baxmayaraq oyunun sonunadək hesab dəyişməyib.

Beləliklə, görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb və komandamız Avropa çempionatının seçmə mərhələsində ilk xalını qazanıb.


BAKU.NEWS oyundan çəkilən fotoları təqdim edir:

"Avro 2020": Azərbaycan millisi ilk xalını qazanıb (FOTOREPORTAJ)















































FACEBOOK ŞƏRH YAZ