• Hadisə

Salyan yolunda içi dolu Kamaz aşıb (FOTO)

1 276
28-08-2019, 18:42

Salyan şosesinin Qaradağ rayonu Ələt qəsəbəsindən keçən hissəsində ağır yol qəzası baş verib.

BAKU.NEWS-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, “KamaZ” markalı, 90 SV 488 dövlət nömrə nişanlı yük avtomobil aşıb.

Qum daşıyan yük maşının aşması nəticəsində Salyan şosesinin Ələt qəsəbəsindən keçən hissəsində yol bağlanıb.

Avtomobillərin hərəkəti köməkçi yola yönləndirilib.

Hadisə yerinə polis və FHN xilasediciləri cəlb edilib.

İlkin məlumata görə, yük maşının sürücüsü ağır xəsarət alıb.


Salyan yolunda içi dolu Kamaz aşıb (FOTO)

FACEBOOK ŞƏRH YAZ