• Gündəm • İqtisadiyyat

"Azərişıq" Lənkəran aeroportuna iki xətt çəkib

99
7-07-2019, 14:26

"Azərişıq" ASC-nin jurnalistlər üçün təşkil etdiyi media-turun ikinci günündə jurnalistlər qurumun "Cənub" Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində olan Lənkəran rayonunda abunəçilərin elektrik enerjisi ilə təchizatı ilə maraqlanıblar.

BAKU.NEWS xəbər verir ki, jurnalistlərə son illər bu regionda da yenidənqurmanın həyata keçirildiyi bildirilib.

Rayon ərazisində tikilən 110/35/10 kVt-luq "Lənkəran 2" yarımstansiyası haqqında məlumat verən "Azərişığ"ın Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) balans uçotu şöbəsinin rəisi Anar Mirzəyev deyib ki, hazırda həmin stanasiya Lənkəran Beynəlxalq Aeroportunu da elektrik enerjisi ilə təchiz edir:

"110/35/10 kVt-luq "Lənkəran 2" yarımstansiyası təxminən 1 il öncə cənab prezidentin iştirakı ilə istifadəyə verilib. Hazırda bu stansiya 21 750 abunəçinin elektrik enerjisi ilə təchiz edir ki, onların da 19 mini əhali, 1 750-i isə qeyri-əhali ürupuna daxildir. Amma bütövlükdə 25-30 min abunəçiyə xidmət göstərmək iqtidarındadır. Yarımstansiya hərəsinin gücü 25 mVt olan 2 transformatordan ibarətdir və ondan 9-u əhali, 9-u isə sərbəst xətt olmaqla ümumilikdə 18 xətt çıxır. Ən iri sərbəst xətt üzərində Lənkəran Beynəlxalq Aeroportu yerləşir. Aeroport hər iki tərəfdən gərginliklə təmin edilib. Onlardan biri əsas xətt, digəri isə ehtiyat xəttdir. Bu yarımstansiyadan ümumilikdə Lənkəran şəhəri və 5 kənd elektrik enerjisi ilə təmin edilir".

Xatırladaq ki, Cənub rayonlarına təşkil edilən media-səfər Azərbaycanda paylayıcı elektrik şəbəkələrinin yaranmasının 90 illiyi münasibəti ilə "Azərenerji" və "Azərişıq" ASC-lərin başladığı kampaniya çərçivəsində reallaşdırılıb. İlin sonuna qədər digər regionlara da belə səfərlərin təşkili planlaşdırılır.

FACEBOOK ŞƏRH YAZ