• Gündəm • Cəmiyyət

Mingəçevirdəki İES-də baş verən nasazlıq aradan qaldırılıb - AÇIQLAMA

164
29-06-2019, 17:12

Azərenerji” Açıq Səhmdar Cəmiyyəti bu gün saat 11:35-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasında (İES) baş vermiş hadisə ilə bağlı məlumat yayıb.

Qurumdan BAKU.NEWS-a verilən məlumata görə, sözügedən tarixdə İES-ə məxsus yarımstansiyanın cərəyan transformatorlarından birində nasazlıq baş verib.

Lakin nasazlığın genişlənməsinin qarşısı alınıb.

“Xüsusilə yeni quraşdırılan əks-qəza avtomatikasının işə düşməsi nəticəsində Respublikanın elektrik enerjisi təchizatında heç bir fasilə yaranmayıb və ölkə üzrə enerji təminatı 100 faiz səviyyəsində saxlanılıb.

Yaranmış texniki problem ən qısa zamanda aradan qaldırılıb”, - deyə açıqlamada bildirilir.

FACEBOOK ŞƏRH YAZ