• Gündəm • Sosial

Başqalarının evində yaşayan köçkünlərə də növbə çatacaq - AÇIQLAMA

226
20-06-2019, 20:18

"Başqa şəxslərin evlərində məskunlaşan məcburi köçkünlərlə bağlı məsələ tam diqqətimdədir. Biz bu məsələni araşdırmışıq, say artıq bəllidir”.

BAKU.NEWS xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.

O bildirib ki, bununla bağlı bir çox hallarda məhkəmə qərarları var, bəzi hallarda bu da yoxdur: “Yataqxanalarda, zirzəmilərdə, bağçalarda, yarımtikililərdə yaşayan məcburi köçkünləri mənzillərlə təmin etdikdən sonra bu məsələyə böyük diqqət ayıracağıq”.

FACEBOOK ŞƏRH YAZ