• Gündəm • Qarabağ

Füzuli rayonundakı taxıl anbarında əl qumbarası və patronlar aşkarlanıb

144
27-02-2019, 21:25

Fevralın 27-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Füzuli rayonunun Kərimbəyli kəndindəki keçmiş taxıl anbarında mərminin tapılması barədə məlumat daxil olub.
Baku.News AZƏRTAC-a itiistinadən bildirir ki, məlumata əsasən (ANAMA) agentliyinin xüsusi mobil çevik əməliyyat qrupunun və Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Qurumun mütəxəssisləri və rayon polis şöbəsinin əməkdaşları qeyd olunmuş əraziyə baxış keçiriblər. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd F-1 əl qumbarası (partladıcısız), 40 ədəd 7,62 millimetrlik və 15 ədəd 5,45 millimetrlik patron aşkarlanıb. Həmin sursatlar zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Partlamamış hərbi sursatların ətrafında 50 kvadratmetr əraziyə yerüstü, 20 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Füzuli rayonundakı taxıl anbarında əl qumbarası və patronlar aşkarlanıb

FACEBOOK ŞƏRH YAZ