• Gündəm • Siyasət • Sosial

Prezident İlham Əliyev məcburi köçkünlərin aylıq müavinətlərini 50 % artırdı

230
26-02-2019, 17:53

Prezident İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında sərəncam imzalayıb.

Müvafiq sənəd Prezident.az saytında dərc edilib.

Sərəncama əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılıb.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Qeyd edək ki, 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinət müəyyən edilib. 2018-ci ilin mart ayının 1-dən isə bu müavinətlər 10 faiz artırılıb.

FACEBOOK ŞƏRH YAZ