• Gündəm • Siyasət • Cəmiyyət

Bakıda siyasi partiyalar müzakirələr aparır

46
11-09-2019, 11:35

Bakıda siyasi partiyalar, media və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə “Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” mövzusunda "dəyirmi masa" keçirilir.

BAKU.NEWS-un xəbərinə görə, tədbirdə Yeni Azərbaycan Partiyasını (YAP) partiyanın sədr müavini - icra katibi Əli Əhmədov təmsil edir.

Tədbirdə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, AĞ Partiyanın sədri Tural Abbaslı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev və başqaları iştitak edirlər.

Müsavat Partiyasının başqanı Arif Hacılı və KXCP sədri Mirmahmud Mirəlioğluya dəvət göndərilsə də, "dəyirmi masa"ya qatılmayıb.

FACEBOOK ŞƏRH YAZ