• Gündəm • İdman

Azərbaycan "Tokio 2020" paralimpiya oyunlarına ikinci lisenziyasını qazandı

96
10-09-2019, 14:17

Dünya çempionatının ilk gününə Azərbaycan komandası uğurla başlayıb.

Milli Paralimpiya Komitəsindən BAKU.NEWS-a verilən məlumata görə Birləşmiş Krallığın paytaxtı London şəhərində keçirilən para üzgüçülük üzrə Dünya çempionatında Azərbaycan komandası ilk uğuruna imza atıb. Komandamızın üzvü Roman Saleh 100 metr məsafədə arxası üstə üzgüçülük yarışında 1 dəqiqə, 1 saniyəlik (1:01:00) nəticə göstərərək yarışı 2-ci yerdə tamamlayıb. Dünya çempionatında birinci və ikinci yerləri qazanan idmançılar Paralimpiya oyunlarına birbaşa lisenziya qazandıqlarını nəzərə alsaq, paralimpiyaçımız Roman Saleh bu yarışda "Tokio 2020" XVI Yay Paralimpiya oyunlarına birbaşa lisenziya qazanıb.

Komandamızın digər idmançısı Şamil Şahov yarışa inamlı başlayaraq finala çıxmağı bacarsa da, finalda 8-ci yerlə kifayətlənməli olub.
Xatırladaq ki, bu Azərbaycan paralimpiyaçılarının "Tokio 2020" paralimpiadasına qazandığı ikinci lisenziyadır. Bundan əvvəl para pauerliftinq üzrə yığma komandamızın üzvü Elşən Hüseynov da "Tokio 2020"-yə lisenziya qazanmağı bacarmışdı.

FACEBOOK ŞƏRH YAZ