• Gündəm • Turizm

Fransa-Albaniya matçında himn qalmaqalı - Video

26
8-09-2019, 11:15

Avro-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Fransa - Albaniya matçında himnlər səhv salınıb.

BAKU.NEWS xəbər verir ki, qarşılaşmadan əvvəl stadionda Albaniya himni əvəzinə əvvəlcə Andorra, ardınca isə Monteneqro himni səsləndirilib.

Bu azmış kimi, stadionun diktoru Mett Spiro bu cür yanlışlığa görə Ermənistandan üzr istədiklərini bildirib. Qonaq komandanın üzvləri doğru himn çalınana qədər oyuna başlamağı rədd ediblər. Daha sonra Albaniyanın himnin səslənməsi ilə oyun təxminən 5 dəqiqəlik gecikmə ilə başlayıb.

Qeyd edək ki, Fransa – Albaniya görüşü meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

FACEBOOK ŞƏRH YAZ