• Gündəm • Sosial

Komitə sədri: İlin sonunadək 3700 məcburi köçkün ailəsi yeni mənzillərə köçürüləcək

274
17-03-2019, 08:45

Məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi davam edəcək.

Baku.News-ın verdiyi məlumata görə, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev məlumat verib.
Komitə sədri bildirib ki, ilin sonuna qədər Bakı ilə yanaşı bölgələrdə məskunlaşan məcburi köçkünlərin də yeni mənzillərə köçürülməsi davam edəcək. İlin sonuna qədər 3700 məcburi köçkün ailəsinin dövlət komitəsi tərəfindən yeni tikilən şəhərciklərə köcürülməsi nəzərdə tutulub.
İlk növbədə qəzalı binalarda, zirzəmilərdə çətin şəraitdə yaşayan ailələr köçürüləcək.
Komitə sədri həmcinin qeyd edib ki, Heydər Əliyev Fondu tərəfindən yeni şəhərciklərin tikilməsi nəzərdə tutulub. Bu mənzillər 2000 məcburi köçkün ailəsini əhatə edəcək.
R.Rzayev həmçinin Bayıl qəsəbəsində təhlükəli ərazidə yaşayan məcburi köçkünlərin də köçürülməsi üçün işlərin başlandığını bildirib. O, bu istiqamətdə yerli rayon icra hakimiyyətində işlərin aparıldığını və 27 ailənin köçürüləcəyini qeyd edib.

FACEBOOK ŞƏRH YAZ