• Gündəm • Hərbi

Qazaxda 5 ədəd mərmi tapılıb

76
10-08-2019, 22:09

Qazax rayonunun Cəfərli kəndi ərazisində 5 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

BAKU.NEWS xəbər verir ki, Dövlət Sərhəd Xidmətindən ANAMA-ya daxil olan məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd üzərində partladıcısı olan və 3 ədəd tərkibində heç bir partlayıcı maddə olmayan 37 mm-lik top mərmiləri (BR-167) aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmilərinin ətrafında 250 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

FACEBOOK ŞƏRH YAZ