• Gündəm • Cəmiyyət • Sosial

“Azərenerji”-nin mərkəzi aparat və bütün müəssisələri gücləndirilmiş iş rejimində çalışır

54
5-08-2019, 17:16

Küləkli hava ilə əlaqədar “Azərenerji” ASC-nin elektrik stansiyalarında və yüksək gərginlikli ötürmə xətlərində heç bir problem yaranmayıb.

BAKU.NEWS xəbər verir ki, bunu “Report”un sorğusuna cavab olaraq qurumun İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev bildirib.

Onun sözlərinə görə, tələbata uyğun olaraq enerji istehsal olunur və ötürülür.

"Hava şəraiti ilə bağlı “Azərenerji” ASC-nin mərkəzi aparatı və bütün müəssisələri gücləndirilmiş iş rejimində çalışır", - deyə T.Abdullayev qeyd edib.

FACEBOOK ŞƏRH YAZ