• Cəmiyyət • Sosial

Azərbaycanda I və II qrup əlilliyi olan şəxslərə övladlığa uşaq götürmək hüququ verilir

107
2-07-2019, 18:26

"Artıq I və II qrup əlliliyi olan şəxslər övladlığa uşaq götürə biləcəklər".

BAKU.NEWS xəbər verir ki, bunu APA-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdir müavini Fərhad Ələkbərov bildirib. Onun sözlərinə görə, indiki qanunvericilikdə müəyyən kateqoriyalı şəxslər övladlığa uşaq götürmə hüququndan məhrum olunur:

“Bura I və II qrup əlilliyi, fəaliyyyət qabiliyyətsizliyi, müəyyən xəstəlikləri, xüsusilə də infeksion xəstəlikləri, QİÇS, vərəm, ağır onkoloji xəstəliyi olan şəxslər aid idi. Yeni qanunvericilikdə isə I və II qrup əlilliyi olan şəxslərə övladlığa uşaq götürmək hüququ verilir. Amma yenə də infeksion xəstəlikləri, fəaliyyət qabiliyyətsizliyi, məhkumluğu olan, ağır cinayətlər, eyni zamanda ictimai əxlaq əleyhinə cinayət törədən, əvvəllər valideyn hüququndan məhrum olmuş şəxslər övladlığa uşaq götürmə hüququndan məhrum olunurlar”.

Qeyd edək ki, noyabrın 1-dən övladlığa götürmə ilə bağlı səlahiyyətlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, övladlığa götürmə sahəsində vahid elektron Alt sistemin yaradılması da nəzərdə tutulur.

FACEBOOK ŞƏRH YAZ