• Cəmiyyət

Yaxın vaxtlarda yataqxanalardakı 1200 məcburi köçkün ailəsi yeni mənzillərə köçürüləcək

165
24-04-2019, 17:36

Yaxın vaxtlarda yataqxanalarda yaşayan 1200 məcburi köçkün ailəsi yeni mənzillərlə təmin olunacaq. Baku.News yazır ki, bu barədə Trend-ə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib. Komitə sədri bildirib ki, artıq köçürüləcək yataqxanalarda ailələrin siyahıya alınması prosesi başa çatıb:

"Köçürülmə ilə bağlı yeni yaşayış kompleksində hazırlıq işləri görülür. 1200 ailə "Qobu Park-2" yaşayış massivinə köçürüləcək. Komitə ilk olaraq yaşayış şəraiti çətin olan ailələrin köçürülməsini planlaşdırır. Yaxın 1 ay ərzində həmin ailələrin köçürülməsinə başlanacaq. Hazırda Kürdəxanıdakı yeni yaşayış massivinə də köçürülmə prosesi davam edir".

FACEBOOK ŞƏRH YAZ