• Bölgə • Cəmiyyət

İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzində kadr təyinatları olub

44
11-09-2019, 16:50

İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzində kadr təyinatları olub.

BAKU.NEWS-un "Report"a istinadən məlumatına görə, bununla bağlı Kənd Təsərrüfatı naziri İnam Kərimov müvafiq əmrlər imzalayıb.

Əmrə əsasən, Rövşən Gülməmməd oğlu Yəhyayev İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru təyin edilib.

Nazirin imzaladığı digər əmrlə Qinyaz Eyvaz oğlu Əkbərov İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini-Maliyyə təsərrüfat sektorunun müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Həsən Həsənov bu günlərdə İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsindən azad olunub.

FACEBOOK ŞƏRH YAZ