• Gündəm • Cəmiyyət

Sürücülər bu halda cərimə olunmayacaqlar

1 979
21-07-2019, 13:59

Bakının bəzi küçə və prospektlərində sarı zolağa girişə icazə veriləcək.

Bu barədə BAKU.NEWS-a açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

O, bildirib ki, paytaxtda hərəkətin yol polisləri tərəfindən tənzimləndiyi küçə və prospektlərin bəzilərində ehtiyac yarandığı zaman avtomobillərin sarı zolağa daxil olması mümkün olacaq: "Paytaxtda elə küçə və prospektlər var ki, "Baku 2019" Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar sıxlıq müşahidə olunduğu təqdirdə həmin yollarda avtomobillərin sarı zolaqla hərəkətinə icazə veriləcək. Amma sürücülər özləri mövcud nişan olmadıqda sarı zolağa daxil ola bilməzlər. Ancaq polisin icazəsi ilə sarı zolaqda nişanı olmayan avtomobillərin hərəkətinə icazə verilə bilər".

Sürücülər bu halda cərimə olunmayacaqlar

Vaqif Əsədov bildirir ki, bəzən sürücülər polis icazə verdiyi halda da sarı zolağa daxil olmaqdan çəkinirlər ki, onlar kameraya düşərək cərimələnəcəklər. Nəzərə alsınlar ki, polisin hərəkəti tənzimlədiyi küçələrdə sarı zolaqda hərəkətə icazə verilərsə, sürücülər bundan çəkinməsinlər. Kamera görüntülərində hərəkətin sarı zolağa polisin icazəsi ilə tənzimləndiyi görünür və o sürücülər cərimə olunmur.

FACEBOOK ŞƏRH YAZ