• Gündəm • Mədəniyyət

Sevinc Cavadova: Şöbə rəisi vəzifəsindən birdəfəlik öz arzumun dalınca getdim - FOTO/VİDEO

2 185
18-07-2019, 18:41

Azərbaycanda bir ildən çoxdur ki, müğənni kimi fəaliyyət göstərən Sevinc Cavadova bu sahədə qazandığı uğur hekayəsini BAKU.NEWS-a bölüşüb.

S.Cavadova uzun müddət özəl sektorda şöbə müdiri, menecer, operator vəzifələrində çalışıb. Artıq bir ildən çoxdur ki, S.Cavadova öz kariyerasını qurub.

S.Cavadova müsahibəsində bildirib ki, müğənnilik sahəsinə gəldikdə ilk öncə sponsor axrarışında olmayıb. O özündə əminlik hiss etdikdən sonra yavaş-yavaş yerli və xarici mahnılar ifa etməyə başlayıb.

"Mən həmişə incəsənətlə məşğul olmaq arzusunda olmuşam Bir müddət işdən sonravokal dərslərinə getdim. Bu sahə mənim üçün yeni olsa da həm də çox çətin idi. Çünki bu sahənin də öz qayda və qanunları var. Beləliklə mən yavaş-yavaş müxtəlif mahnılar ifa etməyə başladım. Bu mahnılar bir çox insanlar tərəfindən böyük rəğbətlə qaşılandı. Düzdü mənə çox dəstək verirdilər lakin bu sahədə mənə çətin olacağını da deyirdilər. Mən fikirləşdm ki, bu gün bunu etməsəm sabah heç bir şey edə bilməyəcəm. Beləliklə qərar verdim ki,öz arzumun dalınca gedim. Belə də oldu. Artıq bu vaxta qədər 6 mahnı ifa etmişəm. Bu mahnılardan 4 Azərbaycan dilində 2-i isə ingilis dilindədir. Bununla yanaşı 2 klipim hazır olub. Bu kliplərin mövzusu sevgi hekayələridir."

S.Cavadova bildirir ki, artıq onun çoxlu sayda dinləyiciləri var ki, bu da onu çox sevindirir."Dinləycilərimin sayı hər gün artır. Radiolarda, sosial şəbəkələrdə mənim ifamda mahnılar səslənir. Bir çox səhnələrdə mahnılar ifa etmişəm. Həm dövlət tədbirlərində həm də özəl qurumların tədbirlərində. Qarşıda görüləcək çoxlu işlər var. İnanıram ki, bütün bunların öhtəsindən gələ biləcəm"





Sevinc Cavadova: Şöbə rəisi vəzifəsindən birdəfəlik öz arzumun dalınca getdim - FOTO/VİDEO












FACEBOOK ŞƏRH YAZ