• Gündəm • İdman

Dünya çempionlarımız Avropa çempionatının finalında rusiyalılara qarşı

85
8-06-2019, 12:35

İspaniyanın Pontevedra şəhərində gənc güləşçilər arasında Avropa çempionatı davam edir.

BAKU.NEWS Oxu.Az-a istinadən xəbər verir ki, sərbəst güləşçilərin mübarizəsində bu gün millimizin iki üzvü finalda çıxış edəcək.

Belə ki, 65 kq çəki dərəcəsində mübarizə aparan yeniyetmələrin Olimpiya, dünya və Avropa çempionu Turan Bayramov və 79 kq-da çıxış edən dağıstanlı legionerimiz, yeniyetmələrin dünya çempionu Əbubəkr Abakarov finala çıxıb. Hər iki idmançımızın rəqibi rusiyalı güləşçilər olacaq.

Gürcüstan, Fransa, Moldovadan olan rəqiblərinə qalib gəlmiş Turan Bayramovun rəqibi Müslüm Səidullayevdir. Belarus, Litva, Estoniyadan olan güləşçiləri məğlub etmiş Əbubəkr Abakarovun rəqibi isə həmyerlisi Amxad Taşuhacıyev olacaq.

Qeyd edək ki, Elmar Kazımov ilk görüşündə – 1/8 finalda moldovalı Vasili Dyakona 4:9 hesabı ilə uduzsa da, həmin idmançı finala çıxdığından, bürünc medal qazanmaq şansı əldə edib. Belə ki, Elmar təsəlliverici görüşdə almaniyalı Tino Retinqeri məğlub etməyə çalışacaq.

FACEBOOK ŞƏRH YAZ