• Bölgə • Hadisə

Yevlaxda yolu keçmək istəyən kişini maşın vurub

38
14-08-2019, 23:15

Yevlax şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.NEWS-un Qərb Mərkəzinin məlumatına görə, Fikrət Əmirov küçəsində yolu qarşı tərəfə keçmək istəyən 1972-ci il təvəllüdlü yerli sakin Qorxmaz Sultanovu maşın vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada elə hadisəni törədən sürücü tərəfindən xəstəxanaya aparılıb. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

FACEBOOK ŞƏRH YAZ