• Gündəm • İdman

Avropa Liqası: Daha 3 klub "play-off"a vəsiqə qazanıb

55
14-08-2019, 23:08

UEFA Avropa Liqasında III təsnifat mərhələsinin daha 3 cavab görüşü keçirilib.

BAKU.NEWS-un məlumatına görə, oyunlardan 2-si eyni hesabla yekunlaşıb.

Gürcüstan "Saburtalo"su ilk görüşdə "Ararat"ı Ermənistanda 2:1 hesabı ilə yenməsinə baxmayaraq, evdə 0:2 hesabı ilə uduzub. Nəticədə Ermənistan tarixində ilk dəfə "play-off"da təmsil olunacaq.

Elə Polşada "Legiya" ilə qolsuz heç-heçə etmiş Yunanıstan "Atromitos"u da evində 0:2 hesabı ilə məğlub olub. Bununla da "Legiya" mərhələ adlayıb.

Portuqaliya "Vitoriya"sı isə Latviyada 3:0 hesabı ilə yendiyi "Ventspils"in qapısından evində 6 cavabsız top keçirib.

14 avqust

Avropa Liqası

III təsnifat mərhələsi, cavab görüşləri

20:00. "Saburtalo" (Gürcüstan) - "Ararat" (Ermənistan) - 0:2

İlk oyun - 2:1

20:00. "Vitoriya" (Gimaraynş, Portuqaliya) - "Ventspils" (Latviya) - 6:0

İlk oyun - 3:0

20:00. "Atromitos" (Yunanıstan) - "Legiya" (Polşa) - 0:2

İlk oyun - 0:0.

Avropa Liqasında "play-off"a yüksələn ilk 3 komanda ötən gecə müəyyənləşib. Bunlar Şimali İrlandiya "Linfild"i, Lüksemburq "Düdelanj"ı və Slovakiya "Slovan"ıdır. Qalan 30 oyun avqustun 15-də keçiriləcək.

FACEBOOK ŞƏRH YAZ