• Turizm • Hadisə

Dənizkənarı Milli Parkda ərəb turist ölüb

211
14-08-2019, 22:59

Bakı Dənizkənarı Milli Parkında Səudiyyə Ərəbistanından olan turist keçinib.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Əbubəkirovun BAKU.NEWS-a verdiyi məlumata görə, ərəb turist "Kukla" teatrının yaxınlığında ürək tutmasından ölüb.

"Hadisə barədə çağırış 21.54-də daxil olub. Ölən şəxs 50-55 yaş aralığındadır", - deyə o bildirib.

P.Əbubəkirovun sözlərinə görə, turist həkimlər hadisə yerinə gəlməmişdən dünyasını dəyişib.

FACEBOOK ŞƏRH YAZ