• Bölgə • Hadisə

Ağstafada ölümlə nəticələnən yol qəzası olub

142
14-08-2019, 22:21

Ağstafa rayonunun Aşağı Göycəli kəndində minik avtomobili yük maşınına çırpılıb.

BAKU.NEWS-un məlumatına görə, nəticədə minik avtomobilinin 1985-ci il təvəllüdlü sürücüsü Zaur Həsənov hadisə yerində keçinib.

Maşında olan sərnişin, 1985-ci il təvəllüdlü Ağstafa rayon sakini Orxan Qurbanov isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

FACEBOOK ŞƏRH YAZ