• Gündəm • Cəmiyyət

“WhatsApp” yaşı uyğun olmayanların - HESABINI BAĞLAYACAQ

42
14-08-2019, 20:45

Məşhur mesajlaşma proqramı olan “WhatsApp” yenilikləri ilə istifadəçilərini sevindirməyə davam edir.

BAKU.NEWS bildirir ki, proqram bu dəfə yaş məhdudiyyətiylə bağlı istifadəçilərinə sərt qadağalar qoymağa hazırlaşır.

Belə ki, 2018-ci ildə təqdim edilən qaydalar yenidən gündəmə gətirilib. “WhatsApp” tətbiq edəcəyi yenilikdə şəbəkə üçün yaşı uyğun olmayan istifadçilərinin hesabını bağlayacaq. Ancaq yeniliyin istifadəçilərin yaşını necə müəyyənləşdirəcəyi məlum deyil.

Qeyd edək ki, yenilik hazırda sınaq mərhələsindədir.

FACEBOOK ŞƏRH YAZ