• Bölgə • Hadisə

Şabranda 60 yaşlı kişi intihar edib

69
13-08-2019, 12:37

Şabran rayonunda növbəti intihar hadisəsi baş verib.

BAKU.NEWS "Report"a istinadən verdiyi məlumata görə, rayon sakini, 1959-cu il təvəllüdlü Comərd Yolçuyev özünü asaraq öldürüb.

Onun ağır xəstəlikdən əziyyət çəkdiyi və dəfələrlə intihara cəhd etdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, avqustun 12-də Şabran rayonunda daha bir analoji hadisə nəticəsində 46 yaşlı kişi intihar edib.

FACEBOOK ŞƏRH YAZ