• Bölgə • Cəmiyyət

Bərdədə qocaman ağaclar qəbr daşlarına ziyan vurur

60
13-08-2019, 12:18

Bərdə rayonunun Gərənə Kənd qəbirstanlıqind olan iri gövdəli ağaclar məzar daşlarına ziyan vurur.


BAKU.NEWS-nin bölgə müxbirinin verdiyi xəbərə görə, yaşı çox olan ağacların gövdəsi quruyub. Budaqları quruyan ağac qırılaraq məzar daşlarınin üstünə düşüb.

Bir neçə gün əvvəl güclü küləyin təsirindən ağac qırılaraq bir neçə qəbr daşına ziyan vurub.

Yaranmış vəziyyətlə bağlı kənd sakinləri dəfələrlə aidiyyəti qurumlara müraciət etsələrdə heç bir nəticə yoxdur.

Yaranmış vəziyyətlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Agcebedi Regional İdarəsindən bildirdilər ki, kənd sakinləri idarəyə müraciət etməlidirlər. Bundan sonra isə ağacların ərzidən uzaqlaşdırılmasına baxılacaq. Yerli kənd bələdiyyəsi ilə əlaqə saxlamaq istəsək də tələfona cavab verən olmadı


Bərdədə qocaman ağaclar qəbr daşlarına ziyan vurur

FACEBOOK ŞƏRH YAZ