• Siyasət • Dünya

Maduro yeni nazirlər təyin edib

55
13-08-2019, 12:12

Venesuela prezidenti Nikolas Maduro yeni nazirlər təyin edib.

BAKU.NEWS-un xəbərinə görə, bu barədə Venesuela prezidenti “Twitter” səhifəsində yazıb. Ölkənin Kənd Təssərüfatı, Ekoloji Mədən İnkişafı, Qadınlar və Gender Bərabərliyi, Təhsil, Ekososializm, Sosial İşlər Nazirliklərinə yeni rəhbərlər təyin edilib.

Nikolas Maduronun digər qərarına əsasən ölkədə yeni bir nazirlik – Turizm və Xarici Ticarət Nazirliyi də yaradılıb.

Venesuela prezidenti bu təyinatların ölkənin inkişafı naminə yeniləmə və dəyişiklik prosesinin bir hissəsi olduğunu qeyd edib.

FACEBOOK ŞƏRH YAZ