• Dünya • Mədəniyyət • Maliyyə

Cenefer Lopez Türkiyə konsertinə görə 1.5 milyon dollar alıb

153
13-08-2019, 11:37

Məşhur amerikalı müğənni Cennifer Lopez Türkiyənin Antalya şəhərində verdiyi konsertə görə bir milyon dollar alıb.

BAKU.NEWS “Sputnik Türkiyə”yə istinadən xəbər verir ki, bu barədə köşə yazarı Cengiz Semercioğlu yazıb.

Onun sözlərinə görə, əslində, konsertin qiyməti 1,5 milyon dollar olub, lakin Antalyadakı konsertin dərhal ardından Moskvada da konsert təşkil edildiyinə görə qiymət bir milyon dollara endirilib.

C.Semercioğlu qeyd edib ki, təqribən 200 min dollar da müğənninin komandasına və digər xərclərə sərf edilib.

FACEBOOK ŞƏRH YAZ