• Gündəm • Dünya

Türkmənistan prezidenti Azərbaycan stendi ilə tanış olub

125
12-08-2019, 16:39

Türkmənistanda birinci Xəzər İqtisadi Forumu çərçivəsində keçirilən innovasiya sərgisində Azərbaycan stendi təqdim edilib.

BAKU.NEWS "Report"-a istinadən xəbər verir ki, Azərbaycanın Baş Naziri Novruz Məmmədovla yanaşı, Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammedov, Rusiyanın baş naziri Dmitri Medvedev, Qazaxıstanın baş naziri Askar Mamin və forumun digər yüksək səviyyəli iştirakçıları Azərbaycan stendi ilə tanış olublar.

Xatırladaq ki, Türkmənistan birinci Xəzər İqtisadi Forumuna ev sahibliyi edir.


Türkmənistan prezidenti Azərbaycan stendi ilə tanış olub

FACEBOOK ŞƏRH YAZ