• İdman

"Qalatasaray"ın futbolçusu əməliyyat səbəbindən komandadan ayrı düşüb

57
12-08-2019, 15:12

Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Sofian Fequli əməliyyat olunub.

BAKU.NEWS xəbər verir ki, Əlcəzair yığmasının 30 yaşlı yarımmüdafiəçisinə böyrək daşı səbəbindən cərrahi müdaxilə edilib.

Futbolçunun böyrəyindəki daş əməliyyat nəticəsində xaric olunub. S.Fequlinin müalicəsi davam etməkdədir. O, yalnız müalicə kursu bitdikdən sonra bərpa prosesi keçəcək və daha sonra komandaya qoşula biləcək.

FACEBOOK ŞƏRH YAZ