• Gündəm • İdman

APOEL gəlir

65
11-08-2019, 19:06

2019-08-11 14:04:00 37 dəfə oxunub APOEL gəlir

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”ı rəqibi olan APOEL bu gecə Bakıya gəlir.

Ağdam klubunun mətbuat xidmətindən Qol.az-a verilən xəbərə görə, Nikosiya təmsilçisini çarter reysi ilə gətirəcək təyyarənin gecə saat 2-də Bakıya enəcəyi gözlənilir.

Sabah saat 19.00-da isə APOEL-in matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda məşqi nəzərdə tutulub.

Xatırladaq ki, APOEL evdəki matçda “Qarabağ”a 2:1 hesabı ilə uduzub. Bu komandaların cavab görüşü avqustun 13-də olacaq.

FACEBOOK ŞƏRH YAZ