• Gündəm • İdman

Qurban Qurbanov: "APOEL-in gücü hər kəsə məlumdur"

92
5-08-2019, 21:06

"APOEL-in gücü hər kəsə məlumdur, hesab edirəm ki, bu barədə ətraflı danışmağa ehtiyac yoxdur"

BAKU.NEWS-un məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Kiprdə APOEL-ə qarşı keçirəcəkləri Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis bildirib ki, ötən mövsümə nisbətən rəqibin heyətində ciddi dəyişikliklər olub.

Qurbanov deyib ki, bəzən belə məqamlarda bu dəyişikliklər komandanın xeyrinə olur: "Çünki komandanın ötən mövsümkü heyətini analiz etdikdə bu mövsüm oyunlarda sürprizlərlə qarşılaşa bilərsən. Rəqibin heyətində sürətli, təhlükəli futbolçular kifayət qədərdir, ona görə kimisə fərqləndirmək istəməzdim. Biz də çalışıb diqqətli oynamalıyıq, səhvlərə yol verməməliyik. Rəqibin azarkeşləri çox çılğındılar, sayları az olsa belə stadionu dolu göstərməyə çalışacaqlar. Təbii ki, dolu tribunalar önündə oynamaq xoşdur, amma biz yalnız meydana konsentrasiya olmalıyıq".

Qeyd edək ki, APOEL -"Qarabağ" matçı avqustun 6-da Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Cavab görüşü bir həftə sonra Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

FACEBOOK ŞƏRH YAZ