• Gündəm • İdman

"Qarabağ"dan ikinci qol - Yenilənir

76
31-07-2019, 22:40

"Qarabağ" bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununa çıxıb.

BAKU.NEWS-un məlumatına görə, Ağdam klubu "Dalğa Arena"da İrlandiya çempionu "Dundalk"ı qəbul edir.

Dublindəki ilk oyunda 1:1 hesablı heç-heçəyə razılaşan Qurban Qurbanovun komandası ev qarşılaşmasında qələbə qazanıb, 3-cü təsnifat mərhələsinə yüksəlmək niyyətindədir. "Qarabağ" bunu bacarsa, növbəti raundda Kiprin APOEL klubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, məğlub olan komanda Avropa Liqasının 3-cü təsnifat mərhələsində Çexiyanın "Slovan" klubu ilə qarşılaşacaq.


Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi

Cavab oyunu

31 iyul

21:00. "Qarabağ" (Azərbaycan) - "Dundalk" (İrlandiya) - 2:0 (İkinci hissə)
Qollar: Xayme Romero, 12, Ailton Silva, 76
Baş hakim: Sveyn Moen
İlk oyun - 1:1
Bakı, "Dalğa Arena" stadionu

FACEBOOK ŞƏRH YAZ