• Gündəm • İdman

"Qarabağ"ın avrokubokların III təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib

176
30-07-2019, 23:06

"Qarabağ" komandasının avrokubokların III təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

BAKU.NEWS xəbər verir ki, bunlar Kipr APOEL-i ilə Slovakiya "Slovan" (Bratislava) klublarıdır. APOEL Çempionlar Liqasının II təsnifat mərhələsində Monteneqronun "Sutyeska" komandasını mübarizədən kənarlaşdırıb. Səfərdəki ilk matçda 1:0 hesabı ilə qalib gələn Nikosiya təmsilçisi ev oyununda darmadağına imza atıb - 3:0. Hər 3 qolu Serbiyalı hücumçu Andriya Pavloviç 13-cü, 25-ci və 66-cı dəqiqələrdə vurub.

"Qarabağ" İrlandiya "Dandolk"unu üstələyəcəyi təqdirdə, məhz APOEL-lə qarşılaşacaq. İlk oyun 6-7 avqustda Nikosiyada, cavab görüşü 13 avqustda Bakıda olacaq.

Azərbaycan təmsilçisi "Dandolk səddini keçə bilməsə, mübarizəni Avropa Liqasının III təsnifat mərhələsində davam etdirəcək. Məhz bu zaman rəqib "Slovan" olacaq. Slovakiya komandası II təsnifat mərhələsində Kosovo "Feronikeli"sini evdə 2:1, səfərdə 2:0 hesabı ilə yenib. "Qarabağ"ın növbəti mərhələdə ilk oyunu avqustun 8-də səfərdə, cavab görüşü isə avqustun 15-də evdə olacaq.

Qeyd edək ki, "Qarabağ" "Dandolk"la İrlandiyadakı qarşılaşmadan heç-heçə ilə ayrılıb - 1:1. Cavab oyunu iyulun 31-də "Dalğa Arena"da olacaq. Görüş saat 21:00-da başlanacaq.

FACEBOOK ŞƏRH YAZ