• Gündəm • Hadisə

Bakıda klarnet ifaçısı toyda öldü

1 236
29-07-2019, 20:59

Paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində baş tutan toy məclisində klarnet ifaçısı qəfildən dünyasını dəyişib.

BAKU.NEWS APA-ya istinadən xəbər verir ki, Vaqif Zabratlı adıyla tanınan klarnet ifaçısının halı pisləşib və o, təcili tibbi yardım xidməti gələnə qədər keçinib.

Xəbəri həmin vaxt məclisdə olan müğənni Sevinc Bünyadova da təsdiqləyib. Onun sözlərinə görə, V.Zabratlı ürək çatışmazlığından əziyyət çəkirmiş.

FACEBOOK ŞƏRH YAZ